Tramp bu ölkə üçün rüsumu artırdı
Digərləri 31 Tem 2025 00:48:00 88 0
Tramp ABŞ üçün təhdid yaradan hərəkətlərə görə Braziliyaya 50% rüsum tətbiq edən sərəncam imzalayıb.
Bu haberi de oku: Yük maşını ilə evakuator toqquşdu yaralılar var
Son.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Braziliya hökumətinin son siyasətləri və hərəkətləri ABŞ-nin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid edir.
"Braziliya hökumətinin üzvləri Birləşmiş Ştatların iqtisadiyyatına müdaxilə edən, ifadə azadlığını və insan hüquqlarını pozan, eləcə də ABŞ şirkətlərinin marağına xələl gətirən hərəkətlər ediblər. Braziliya Ali Məhkəməsinin hakimi Aleşandre de Moraeş tez-tez Amerika şirkətlərinə və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiq siyasəti aparır. Hətta bunun üçün məhkəmə səlahiyyətlərindən sui-istifadə edir. Moraeş həmçininn siyasi motivli polis basqınlarına, həbslərə və bank hesablarının dondurulmasına icazə verib", - deyə məlumatda bildirilir.