Yük maşını ilə evakuator toqquşdu yaralılar var


Digərləri 31 Tem 2025 18:09:00 98 0

Yük maşını ilə evakuator toqquşdu  yaralılar var

Füzulidə yük maşını ilə evakuator toqquşub.

Son.az xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində baş verib.

"Hovo" markalı yük maşını ilə evakuatorun toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Nəqliyyat vasitələrinin sürücüləri Şəmsəddin Abbasov və Aqil Rəhmanlı xəsarət alaraq Füzuli rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır. /APA