50 yaşdan sonra qadınların uzun və sağlam yaşaması üçün 6 vacib vərdiş
Digərləri 02 Ağu 2025 02:02:00 81 0
Mütəxəssislər bildirir ki, 50 yaşdan sonra qadınların həyat keyfiyyətini artırmaq və sağlam yaşamaq üçün müəyyən vərdişləri həyatlarına daxil etmələri vacibdir.
Bu haberi de oku: Avqustda əsl sevgini tapacaq BÜRCLƏR – Qəlblər birləşir!
Son.az xəbər verir ki, bu vərdişlər həm fiziki, həm də ruhi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Mütəmadi fiziki aktivlik - Həftədə ən azı 150 dəqiqə orta səviyyəli idman məşqləri ürək-damar sistemini gücləndirir və əzələ kütləsinin saxlanmasına kömək edir.
Düzgün və balanslı qidalanma - Meyvə, tərəvəz, tam taxıllar və sağlam yağlarla zəngin qidalar yaşa bağlı xəstəliklərin riskini azaldır.
Kifayət qədər su qəbulu - Orqanizmin düzgün işləməsi və dəri sağlamlığı üçün gündə ən azı 1,5-2 litr su içmək önəmlidir.
Yuxu rejiminin tənzimlənməsi - Gecə ən az 7-8 saat keyfiyyətli yuxu beyinin istirahəti və bərpası üçün əsas şərtdir.