Səhər oyana bilməyənlər bunu etsin


Digərləri 02 Ağu 2025 07:07:00 65 0

Səhər oyana bilməyənlər bunu etsin

Səhərlər rahat oyanmaq üçün ilk növbədə yuxu rejiminizi nizamlı saxlamaq vacibdir.

Son.az xəbər verir ki, gecə eyni saatda yatmaq və səhər eyni vaxtda oyanmaq bioloji ritmləri sabitləşdirir. Yuxudan oyandıqdan sonra günəş işığı qəbul etmək bədənin oyanma hormonlarını aktivləşdirir.

Səhər oyanar-oyanmaz telefon və sosial şəbəkələrə baxmaq əvəzinə, bir neçə dəqiqə dərin nəfəs almaq və bədəni yüngül hərəkətlərlə oyatmaq tövsiyə olunur. Həddindən artıq kofein və ya ağır qidaların gecə qəbulundan qaçmaq da yuxu keyfiyyətini yaxşılaşdırır. Səhər idmanı və ya soyuq su ilə üz yumaq da enerjini artırır və günə gümrah başlamağa kömək edir.