ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
Digərləri 02 Ağu 2025 19:30:00 60 0
ABŞ-nin Delaver ştatında yaşayan əmlak məsləhətçisi və kontent yaradıcı Cenifer Allan kredit borcunun yarıdan çoxunu cəmi bir ayda ödəyə bildiyini deyib.
Bu haberi de oku: Sabah Abşeron çimərliklərində 30 dərəcəyədək isti olacaq
Son.az xəbər verir ki, onun sözlərinə görə bu nəticəyə süni intellekt aləti olan ChatGPT-nin köməyi ilə nail olub.
Allan sosial şəbəkədə paylaşdığı videolarda bildirib ki, 23.000 dollarlıq kredit kartı borcunu azaltmaq məqsədilə 30 günlük bir çağırışa başlayıb: "Hər gün ChatGPT-yə sual verirəm: bu gün nə etsəm, pul qazana və borcumu azalda bilərəm?"
Bir ay ərzində o, 11.000 dollardan çox qazanc əldə edib və ümumilikdə 12078,93 dollar ( 20532 manat ) borcunu bağlayıb. Allan bu prosesi "gündəlik diqqət, intizam və qərarlı plan" kimi dəyərləndirib.
ChatGPT bəzən qeyri-adi təkliflər də verib. Məsələn, alqoritm ona borc məbləğini qarpızın üzərinə markerlə yazmağı və bu qarpızı "borc sənəti" adı ilə eBay-də satışa çıxarmağı məsləhət görüb. Allan bu ideyanı həyata keçirməsə də, həmin qarpızın şəklini 51 dollara sata bilib.
Bəzi təkliflər isə daha praktik olub. Allan ChatGPT-nin təklifi ilə telefonundakı tətbiqlərdə unudulmuş vəsaitləri yoxlayıb və Venmo hesabında 100 dollardan çox pul tapıb. Digər bir video paylaşımında isə ərinin vaxtilə açdığı, unudulmuş bir broker hesabında 10.200 dollar olduğunu üzə çıxardıqlarını bildirib.
Hazırda Cenifer Allan kredit kartı borcunun yarıdan çoxunu bağladığını qeyd edib. O, bu təcrübənin ona yalnız maliyyə baxımından deyil, həm də psixoloji olaraq nəzarəti bərpa etməyə kömək etdiyini deyir.
İsmayıl Son.az