5 aydır verilən qərar icra olunmur “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR


Digərləri 02 Ağu 2025 19:15:00 66 0

5 aydır verilən qərar icra olunmur  “BBC News Azərbaycanca”nın qanunsuz fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

Xəbər verdiyimiz kimi, bu il fevralın 13-də "BBC News Azərbaycanca"nın fəaliyyətinin dayandırılacağı elan olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 20-də yaydığı məlumatda bildirilib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb. Üstəlik sözügedən qərarla bağlı Azərbaycanın rəsmi mövqeyi tam şəkildə qarşı tərəfə izah olunub.

"BBC News Azərbaycanca"nın bağlanması ilə bağlı qərarın hüquqi əsasları

Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürüb. Media haqqında qanunun 11-ci maddəsində Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti ilə bağlı normalar açıq şəkildə göstərilib.

Həmin maddənin 2-ci bəndində isə qeyd olunub ki, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.

Aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı müəyyən edilib. Nəticədə, ölkəmizdəki nümayəndəliyin bağlanması ilə bağlı qərar verilib.

Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının "BBC" yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.

Xarici media subyektləri Azərbaycanda hansı qaydada fəaliyyət göstərə bilər?

İyulun 14-də Milli Məclisin iclasında "Media haqqında" Qanuna təklif edilən dəyişikliklər 3-cü oxunuşda qəbul edilib. Avqustun 1-də isə Prezident İlham Əliyev sözügedən qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müraciət etməlidirlər. Üstəlik, açıq şəkildə bildirilib ki, bu Qanunun tələblərini pozmaqla fəaliyyət göstərən media resurslarının filial və nümayəndəlikləri ləğv olunacaq.

"BBC News Azərbaycanca" qanunsuz fəaliyyətinə davam edir

Xatırladaq ki, Fevralın 20-də BBC tərəfindən yayılan rəsmi məlumatda "BBC News Azərbaycanca"nın Bakıda fəaliyyətini dayandırdığı elan olunub.

Sözügedən qərarın verilməsindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, "BBC News Azərbaycanca" Səadət Akifqızının rəhbərliyi altında aktiv şəkildə öz fəaliyyətini davam etdirir.

Halbuki qanunvericiliyə əsasən, "BBC News Azərbaycanca" fərdi nümayəndəlik şəklində fəaliyyətini çoxdan dayandırmalı idi. Yalnız akkreditasiyadan keçmiş bir jurnalist "BBC"nin Azərbaycan müxbiri kimi fəaliyyət göstərə bilərdi.

Araşdırmalarımız göstərir ki, iyul ayında "BBC News Azərbaycanca"nın Azərbaycan bölməsində 66 xəbər (gündəlik 2,12) dərc olunub. Ancaq bağlanma qərarının verildiyi dövrdən əvvələ, məsələn 2025-ci ilin yanvar ayına nəzər saldıqda, Azərbaycan bölməsində cəmi 32 xəbər və məqalənin dərc olunduğunu görə bilərik. Bu isə orta hesabla gündəlik cəmi bir material deməkdir. Göründüyü kimi, "BBC News Azərbaycanca" fəaliyyətini dayandırmaq yerinə daha da gücləndirib.

Sosial şəbəkələrdə də aktiv paylaşımlar edilir...