Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü FOTO
Digərləri 02 Ağu 2025 21:28:00 68 0
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.
Bu haberi de oku: Pediatr 9 günlük körpəni pulla alıb
Son.az bildirir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.
R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısı Azad Rzayev APA-ya verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.