Azərbaycanda deputat xadiməni məhkəməyə verdi
Digərləri 02 Ağu 2025 17:42:00 86 0
Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə haqqında yayılan məlumatlara görə məhkəməyə müraciət edib.
Bu haberi de oku: Bu saatlarda qarpız yemək olmaz
Son.az modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.
Ərizədə qeyd olunur ki, həmin şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.