Kür çayında 16 yaşlı yeniyetmə boğuldu


Digərləri 02 Ağu 2025 19:00:00 79 0

Kür çayında 16 yaşlı yeniyetmə boğuldu

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

Son.az APA-ya istinadla bildirir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.