Məşhur dərmanla bağlı qorxunc həqiqət üzə çıxdı Hamının evində var


Digərləri 30 Tem 2025 10:30:00 86 0

Məşhur dərmanla bağlı qorxunc həqiqət üzə çıxdı  Hamının evində var

Dünyada ən çox istifadə olunan ağrıkəsici ilə bağlı qorxunc həqiqətlər üzə çıxıb.

Son.az xəbər verir ki, bu ABŞ-də aparılan araşdırma nəticəsində məlum olub.

Ohayo Dövlət Universitetinin alimləri bu dərmanın insan davranışına təsirini araşdırıb. Məlum olub ki, hər bir insanın qəbul etdiyi asetaminofen (paratsetamol) dərmanı insanların qorxu hissini azaldaraq onları daha cəsarətli və riskli qərarlar verməyə sövq edə bilər.

Tədqiqatda iştirak edən tələbələrə ya adi doza asetaminofen verilib, ya da plasebo. Onlar virtual şar şişirdərək pul qazanmağa çalışıblar - şar partlasa, hər şeyi itirirdilər. Asetaminofen qəbul edənlər daha çox risk edərək şarları daha çox şişirdiblər.