Şahin Şıxlinski axtarışa verilib


Digərləri 30 Tem 2025 12:28:00 78 0

Şahin Şıxlinski axtarışa verilib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

Son.az APA-ya istinadən bildirir ki, o, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

Məlumata görə, Şahin Şıxlinski Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.