Xəstəxana əməkdaşı bulaq başında döyüldü


Digərləri 30 Tem 2025 00:49:00 85 0

Xəstəxana əməkdaşı bulaq başında döyüldü

Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı döyülüb. 

Bu haberi de oku: Sabah 41 dərəcə isti olacaq

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində Şıxəli adlanan bulaqdan su doldurarkən baş verib.

Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.

Əlbəyaxa dava nəticəsində Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları,  1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Dava zamanı xəsarət alan C.Mehdiyev Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş tibb qardaşı vəzifəsində çalışır.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır. Son.az