Sahil Həmidova yüksək vəzifə verildi
Digərləri 30 Tem 2025 00:56:00 106 0
Azərbaycan Texnologiya Universitetinə yeni prorektor təyin olunub.
Bu haberi de oku: Yay soyuqdəyməsi – düzgün müalicə
Son.az xəbər verir ki, bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri imzalanıb.
Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.
1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2003-2018 və 2023-2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019-2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020-2022-ci ildə sektor müdiri vəzifəsində işləyib.