Ən çox kimlər xəyanət edir? Psixoloq "riskli" peşəni açıqladı


Digərləri 30 Tem 2025 01:01:00 108 0

Ən çox kimlər xəyanət edir?  Psixoloq "riskli" peşəni açıqladı

İnsanların münasibətlərdə xəyanət etmə ehtimalını müəyyənləşdirmək üçün psixoloqlar uzun illərdir sosial və peşəvi faktorları araşdırırlar. 

Son.az-nun məlumatına görə, amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə qeyd edir ki, insanlarda "xəyanətə kimlər daha meyllidir?" sualına cavab tapmaq istəyi çox güclüdür. Lakin bu sualın cavabı stereotiplərlə deyil, faktlara əsaslanmalıdır.

Trevers 2018-ci ildə tanınmış "Ashley Madison" saytının (əlaqəsi olan evli və ya münasibətdə olan insanlar üçün nəzərdə tutulmuş tanışlıq platforması) keçirdiyi sorğunun nəticələrini təhlil edib. 1000-dən çox istifadəçi arasında aparılan araşdırma zamanı qadınların 23%-nin tibb sahəsində - həkim və ya tibb bacısı - işlədiyi məlum olub. Eyni göstərici kişilər üçün cəmi 5% təşkil edib.

Gecə növbələri, stres və emosional yüklənmə - risk faktorları

"Ashley Madison"un kommunikasiya direktoru İzabella Mayz bu vəziyyəti tibbi işçilərin uzun iş saatları, yüksək stress səviyyəsi və həmin stressə qarşı təbii reaksiya ilə əlaqələndirir.

Bu tendensiya 2025-ci ildə Böyük Britaniyanın "Illicit Encounters" adlı oxşar tanışlıq saytında da təsdiqlənib: orada da ən çox qeydiyyatdan keçən qadınlar arasında tibb bacıları üstünlük təşkil edib.

Bununla belə, Trevers xəbərdarlıq edir ki, bu məlumatlar yalnız bu saytlarda qeydiyyatdan keçmiş könüllü istifadəçilərə əsaslanır və bütün səhiyyə sektoruna aid edilə bilməz: "Bəzi tibb bacıları xəyanət edir, bəli. Amma bu, onların hamısı belədir demək deyil".

Elm nə deyir? - Kişilər daha çox xəyanət edir