Yevlaxda ağır qəza bir ailənin yeddi üzvü xəsarət aldı


Digərləri 29 Tem 2025 19:30:00 122 0

Yevlaxda ağır qəza  bir ailənin yeddi üzvü xəsarət aldı

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Son.az