Süni zəlzələlər və sunami təhlükəsi – Təsadüf, yoxsa qlobal təzyiq planı?
Digərləri 01 Ağu 2025 02:02:00 102 0
Son günlərdə dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlzələlər və ardınca gələn sunami xəbərdarlıqları beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Meksika və Yaponiyada sunami təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıqlar edilib, eyni zamanda Türkiyədə də zəlzələ qeydə alınıb. Bu təbii fəlakətlər zənciri bəzi ekspert və müşahidəçiləri belə bir sual üzərində düşünməyə vadar edir.
Bu təsadüfmü, yoxsa planlı təzyiq aləti?
Bəzi analitiklər hesab edirlər ki, yeraltı nüvə sınaqları yalnız hərbi yoxlamalar üçün deyil, həm də geosiyasi təzyiq vasitəsi kimi istifadə olunur. Belə sınaqların dəniz dibi və ya tektonik qırılma nöqtələrində aparılması süni zəlzələlərin yaranmasına, nəticədə isə sunami təhlükəsinin meydana çıxmasına səbəb ola bilər. Hazırda bu tip fəaliyyətlərin hansı ölkələr tərəfindən həyata keçirildiyi rəsmi olaraq təsdiqlənməsə də, müxtəlif mənbələrdə ABŞ, Rusiya və Çin kimi güclərin bu texnologiyaya sahib olduğu iddia olunur.
Daha maraqlı məqam isə ABŞ-nin prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə verdiyi "10 günlük möhlət" xəbərinin mediada yayılmasıdır. Bu bəyanatın ardınca geosiyasi gərginlik fonunda baş verən zəlzələlər və sunami təhlükələri bəziləri tərəfindən birbaşa bağlılıq kimi qiymətləndirilir. Bəzi ekspertlər qeyd edirlər ki, bu cür təbii fəlakətlərin bəzən siyasi mesaj daşıyan vasitələrə çevrilməsi mümkündür.
Süni zəlzələlər necə yaradıla bilər?