Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Digərləri 31 Tem 2025 14:50:00 86 0
Fövqəladə Hallar Nazirliyi (FHN) isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə yenidən müraciət edib.
Bu haberi de oku: Sovetskinin yerində “yaşıl” ümid: Bakı sakinləri Mərkəzi Parkla bağlı fikirlərini bölüşür FOTO
Bu barədə Son.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, isti və quru hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Bununla əlaqədar FHN əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Nazirlik bildirir ki,
- əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
- nasaz kənd təsərrüfatı texnikalarını əkin sahələrində istismar etməyin;
- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
- siqaret kötüyünü və kibriti tam söndürülməmiş atmayın;
- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;