Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb


Digərləri 01 Ağu 2025 10:11:00 104 0

Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb

Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.7 milyard manat və ya 2025-ci il üzrə 130.6 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.

Bu barədə Son.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dövlət borcunun 8.5 milyard manatı (5.01 miolyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.2 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.