Abşeron Mərkəzi Xəstəxanasında nə baş verir? RƏSMİ AÇIQLAMA


Digərləri 01 Ağu 2025 10:53:00 84 0

Abşeron Mərkəzi Xəstəxanasında nə baş verir?  RƏSMİ AÇIQLAMA

Dünən Abşeron Rayon Mərkəzi Xəstəxanasında ciddi növbə izdihamı müşahidə olunub.

Bu haberi de oku: Pensiyaçıların nəzərinə!

Son.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Bəs bu sıxlıq nə ilə bağlı idi? 

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3000-3500 nəfər təşkil edir.

"Müraciət edən hər bir vətəndaşa isə gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır. Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.

Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur.