Zəqar alanda bunları etməsən, dəri xərçəngi riski yaranır
Digərləri 01 Ağu 2025 04:04:00 92 0
İsti yay fəsillərində günəş şüalarından qorunmaq üçün müxtəlif üsullardan istifadə edirik. Bunlardan biri də günəş kremidir. Bu məhsullar dərimizi zərərli ultrabənövşəyi şüalardan qoruyur və günəş yanıqlarının qarşısını alır.
Bu haberi de oku: Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Son.az xəbər verir ki, bəzən insanlar hesab edirlər ki, günəş kremindən uzun müddət istifadə dəri xərçənginə belə yol aça bilər.
Dermatoloqlar günəş kremindən düzgün və ehtiyatlı istifadəni tövsiyə edirlər. Onların sözlərinə görə, günəş kremi istifadə edilmədikdə ultrabənövşəyi şüalar dəridə xərçəng hüceyrələrinin yaranmasına səbəb ola bilər. Buna görə də, günəşdən qorunma vasitələrindən istifadə vacibdir.
Eyni zamanda, bəzi kimyəvi maddələr (məsələn, oksibenzon, avobenzon kimi filtr komponentləri) üzərində aparılan araşdırmalar onların uzunmüddətli və yüksək dozada istifadəsinin dəriyə zərər verə biləcəyini göstərir.
Bəs günəş kremini istifadə edərkən nələrə diqqət etməliyik?
Günəş kremini müntəzəm şəkildə, xüsusilə açıq havada uzun müddət qalarkən istifadə etmək, günəş altında saat 10:00-dan 16:00-a kimi uzun müddət qalmaqdan çəkinmək, günəş kremini kifayət qədər miqdarda və düzgün şəkildə tətbiq etmək lazımdır.
Qeyd edək ki, düzgün günəş kremi almaq üçün insanlar diqqətli olmalı və sağlamlıqlarını qorumaq üçün mütəxəssislərin məsləhətlərinə əməl etməlidirlər.
Asya Son.az