Bakıda "alverçi"dən BMW alan şəxsin başına oyun açdılar VİDEO


Digərləri 01 Ağu 2025 10:17:00 103 0

Bakıda "alverçi"dən BMW alan şəxsin başına oyun açdılar  VİDEO

Bakıda maşın alqı-satqısı ilə məşğul olan şəxslərin daha bir fırıldağı üzə çıxıb.

Son.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakıda maşın alqı-satqısı ilə məşğul olan şəxslər daha bir ağlasığmaz üsula əl atıblar.

Məlum məsələdir ki, BMW F10, F30 modellərindəki n20 mühərrik sep-başmaq problemi ilə məşhurdur. Belə ki, 100 mindən bir sepin dəyişilməsi tövsiyyə olunur. Onun da xərci 700-1200 manat arası dəyişir. Məhz bu səbəbdən də BMW-ni almaq üçün maraqlanan şəxsin ilk sualı sep-başmağın dəyişilməsi ilə bağlı olur.

Görünür, alverçilər bunun da ucuz çarəsini tapıblar. Onlar sadəcə başmağın motorun üst qapağından görünən hissəsini dəyişdiriblər. Bu isə natamam dəyişmədir və qısa zamanda maşın sizi yolda qoya bilər deməkdir.

Qeyd edək ki, maşın-alqı satqısı ilə məşğul olan şəxslərin çoxu ya check engine işığını "pribor"dan söndürür, ya yürüşü geri çəkir, ya da bu cür ağlasığmaz fırıldaqlara əl atırlar.