Tramp Rusiyaya 10 gün vaxt verdi
Digərləri 29 Tem 2025 22:21:00 82 0
Vaşinqton administrasiyası 10 gün ərzində Ukraynadakı münaqişənin nizamlanmasına dair Rusiya ilə razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq olunacaq.
Bu haberi de oku: 4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu
Son.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Bu gündən 10 gün" deyən Amerika lideri yuxarıda qeyd olunan razılaşmalara nail olmaq üçün əvvəllər təyin etdiyi 50 günlük müddəti necə azaldacağı ilə bağlı suala cavab verib.
"Sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm" - Tramp əlavə edib.
Trampın sözlərinə görə, Rusiya tərəfi yəqin ki, müharibəni davam etdirmək istəyir. Son.az