4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu


Digərləri 29 Tem 2025 14:52:00 74 0

4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

Bu haberi de oku: Xəzərdə zəlzələ oldu

Qurumdan Son.az-a verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək N.Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək İ.Qurbanov isə ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru R.Qənbərov yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.