Daha bir direktorun səs yazısı yayıldı
Digərləri 29 Tem 2025 22:38:00 99 0
Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.
Son.az xəbər verir ki, iddialarla bağlı müəllim müdir əvəzinin səs yazısını da "Xəzər Xəbər"ə təqdim edib.
Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb.
Şəbnəm İsayeva iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.
Kaynak: milli.az