Bakıda təmir edilən yol yenə çökdü
Digərləri 29 Tem 2025 16:45:00 91 0
Xətai rayon 8 Noyabr prospektində təmir edilən yol çöküb.
Bu haberi de oku: Xəstəxana əməkdaşı bulaq başında döyüldü
Son.az xəbər verir ki, yolda hərəkət edən sürücülər məcbur olub sürəti azaldırlar.
Yola bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər ki, bu da xüsusən gecə saatlarında təhlükəyə səbəb olur.
Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, yaranmış problemin həlli ilə bağlı aidiyyatı qurumların iştirakı ilə yaxın günlərdə həll olunacaq. Bu işlərin nəticələrinə əsasən, gələcəkdə bu kimi halların baş verməməsi üçün müvafiq qabablayıcı tədbirlər görüləcəkdir:
"Əraziyə ilkin baxış keçirilib. Avtomobillərin hərəkəti üçün hər hansı təhlükə yoxdur".
Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmələr baş vermişdi.
Aysel Əkbər Son.az