Pirşağıda atla dənizə girən şəxs o imiş Məsuliyyətə cəlb olundu


Digərləri 29 Tem 2025 15:04:00 106 0

Pirşağıda atla dənizə girən şəxs o imiş  Məsuliyyətə cəlb olundu

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görüntüləri ilə əlaqədar polis araşdırma aparıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində atların ictimai çimərliyə əyləncə məqsədilə gətirildiyi məlum olub.

Həmin əməli törədən Kazım Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.