Fikrət Cəfərli həbs olundu


Digərləri 29 Tem 2025 13:28:00 92 0

Fikrət Cəfərli həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

Son.az lent.az-a istinadla xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.