Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR


Digərləri 25 Tem 2025 17:06:00 91 0

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır.

Nəzərdə tutulan islahatlarla məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların isə payızda açıqlanacağı gözlənilir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, müasir dövrün reallıqları bütün sahələrdə islahatların aparılmasını zəruri edir.        

"İlk növbədə iş proseslərinin yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması, əlaqələrin gücləndirilməsi və vətəndaşlarla daha effektiv ünsiyyətin qurulması məqsədinə xidmət edir. Azərbaycanda da son illərdə bir sıra mühüm sahələrdə islahatlar həyata keçirilir və bu addımlar sosial-iqtisadi inkişafla yanaşı, ictimai və mədəni həyatın da müxtəlif istiqamətlərində öz müsbət təsirini göstərməkdə davam edir".

Deputat qeyd edib ki, xüsusilə idarəetmə sahəsində struktur islahatlarının təmkinlə və sistemli şəkildə aparılması gələcək inkişaf üçün həlledici amillərdəndir:

"Bu istiqamətdə artıq bir sıra mühüm addımlar atılıb. Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi, nazirliklərdə və komitələrdə həyata keçirilən struktur dəyişiklikləri idarəetmə sisteminin daha çevik və funksional olmasına töhfə verib".

O əlavə edib ki, icra orqanlarında da bu günə qədər müxtəlif təkmilləşdirmə işləri görülüb. Eyni zamanda müasir idarəetmə bacarıqlarına malik mütəxəssislərin cəlb olunması istiqamətində də irəliləyiş müşahidə olunur: