Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA


Digərləri 26 Tem 2025 16:42:00 91 0

Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.

Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü (səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə, faizlə) aşağıdakı kimi olub:

İnformasiya və analitik proqramlar 23,80% Musiqi və əyləncə janrında proqramlar 16,00% İdman proqramları   15,80% Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar) 11,60% Mədəni-maarif janrında proqramlar 8,40% Seriallar (xarici istehsal)   4,40% Bədii filmlər (xarici istehsal) 3,80% Anonslar və yayımçının elanları 3,60% Sosial yönümlü proqramlar 3,10% Seriallar (yerli istehsal)   2,90% Sənədli filmlər     2,60% Bədii filmlər (yerli istehsal) 1,90% Sosial çarxlar     1,10% Cizgi filmləri və uşaq proqramları 1,00%

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

24,5% - informasiya və analitik proqramlar 16,4% - musiqi və əyləncəli proqramlar 15,8% - idman proqramları 12,0% - bədii filmlər və seriallar 11,8% - reklam məzmunlu materiallar 8,3% - mədəni-maarif janrında proqramlar 3,6% - anonslar, elanlar 3,3% - sosial proqramlar 2,3% - sənədli film və materiallar 1,1% - sosial çarxlar 0,9% - uşaq proqramları və cizgi filmləri