Rusiya Ali Məhkəməsinin sədri vəfat etdi


Digərləri 22 Tem 2025 11:10:00 65 0

Rusiya Ali Məhkəməsinin sədri vəfat etdi

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova 71 yaşında dünyasını dəyişib.

Son.az xəbər verir ki, məlumatı Rusiya Ali Məhkəməsi RAPSİ agentliyinə təsdiqləyib.

Podnosova bu vəzifəyə bir ildən az əvvəl aprel ayında təyin edilib.O, bu vəzifəyə Ali Məhkəmənin əvvəlki sədri, 33 il bu vəzifədə çalışan Vyaçeslav Lebedevin ölümündən sonra keçib.

Podnosova 2024-cü ilin aprelin 17-dən Ali Məhkəmənin sədri vəzifəsini icra edirdi. Buna qədər o, dörd il ərzində Ali Məhkəmə sədrinin müavini və İqtisadi mübahisələr üzrə Məhkəmə Kollegiyasının sədri kimi fəaliyyət göstərmişdi.