Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIB


Digərləri 22 Tem 2025 11:20:00 66 0

Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIB

2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Son.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.

Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24% artıb.

Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir.