İranda itkin düşdü
Dünya 12 Tem 2025 09:16:00 126 0
İranda Serkan Eren adlı Türkiyə vətəndaşı itkin düşüb.
Bu haberi de oku: "Trampın üzünə telefonu qapadım" BBCnin müxbiri
Son.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Erenin təsis etdiyi Ştutqartda yerləşən "Stelp" xeyriyyə təşkilatı məlumat yayıb.
Bildirilib ki, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir.
Qeyd olunur ki, S.Erenin Almaniyadan İrana maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə getdiyi, iyunun 28-də ölkəni tərk etməli olduğu, lakin bunu etmədiyi və o vaxtdan onunla əlaqənin kəsildiyi vurğulanır.