Şəhid anası vəfat etdi
Digərləri 28 Haz 2025 12:01:00 84 0
Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.
Bu haberi de oku: Bunu bilsəniz, qulaq çöplərini
Son.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.
İki övladı yadigar qalıb.