6 ay əvvəl orada yol çökübmüş Cümşüd “lyuk”a düşməyib


Digərləri 28 Haz 2025 17:05:00 58 0

6 ay əvvəl orada yol çökübmüş  Cümşüd “lyuk”a düşməyib

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.

Son.az xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə "lyuk"un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.

AZTV də sözügedən hadisə ilə bağlı ərazidən süjet hazırlayıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.

Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bildirilir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Cümşüd ailənin tək övladı olub və o hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.

Daha ətraflı süjeti və görüntüləri təqdim edirik: