Cümşüd tanınmış şirkətin əməkdaşı imiş FOTO
Digərləri 28 Haz 2025 21:45:00 66 0
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.
Son.az-ın məlumatına görə, evin tək övladı olan C. Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.
"Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat etmişdir. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq. Ailəsinə, yaxınlarına və bütün kollektivimizə səbr və qüvvət diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun", - deyə bu barədə şirkət məlumat yayıb. (Metbuat.az)
Kaynak: milli.az