Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü


Digərləri 28 Haz 2025 23:20:00 81 0

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəzarətə götürüb.

Son.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nabitova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb.