Avtomobilə uyğun yağı necə seçmək olar?
Digərləri 29 Haz 2025 00:29:00 95 0
İstehsalçı zavodun tələbinə uyğun yağ tökülmədikdə avtomobilin mühərriki tez sıradan çıxır. Bu zamanla yağ azlması və hətta yanacaq sərfiyyatının artımına da səbəb ola bilir.
Bu haberi de oku: Öldürüldüyü deyilən Şamxani nüvə alimlərinin dəfn mərasiminə qatıldı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, mühərrik yağı üzrə mütəxəssis Aftil Əliyev deyir ki, mühərrik və transmisiya yağı dəyişdirilərkən mütləq istehsalçının tələbinə uyğun almaq lazımdır. Mütəxəssis hesab edir ki, bir çox sürücü markasına aldanaraq uyğun olmayan yağdan istifadə edir ki, bu da bəzi halda onlara daha baha başa gəlir.
Mütəxəssis deyir ki, uzun müddət düzgün olmayan yağın istifadəsi mühərrikin tutulmasına, qızmasına və hətta tam sıradan çıxmasına da səbəb ola bilər. Bu da sürücüləri avtomobilin marka və modelindən aslı olaraq 1500-10 min manata qədər xərcə sala bilir.