ABŞ süni intellektin inkişafı üçün enerji təminatının artırılması planlaşdırır
Digərləri 28 Haz 2025 16:00:00 78 0
Vaşinqton administrasiyası süni intellektin (Al) inkişafını təmin etmək məqsədilə ölkədə enerji təminatını artırmağa yönəlmiş bir sıra icra sərəncamları üzərində işləyir.
Bu haberi de oku: Bodrumun gizli keçmişi: Adı haradan gəlir, tarixi nələr danışır?
Son.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi administrasiyaya yaxın dörd mənbəyə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp administrasiyası Al texnologiyalarının genişlənməsi üçün lazım olan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlayır.
Agentliyin əldə etdiyi məlumata əsasən, proqram çərçivəsində yeni enerji bloklarının elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, federal torpaqların yeni məlumat mərkəzlərinin (data-center) tikintisi üçün ayrılması planlaşdırılır.