Şabranda ağır qəza Ölən var


Digərləri 28 Haz 2025 18:08:00 71 0

Şabranda ağır qəza  Ölən var

Şabranda ölümlə nəticələnən qəza baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-Niva", "KamAz" və "Mercedes-Atego" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. Son.az 


Habere ait fotoğraf