Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır Xəbərdarlıq edildi
Digərləri 28 Haz 2025 16:34:00 69 0
Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb. Dələduzlar oğurlanan hesabların sahibinin adından yaxınlarından borc pul istəyirlər və ya kart həsablarına giriş əldə edirlər.
Son.az xəbər verir ki, İKT mütəxəssisi Əmrah Mövsümov deyir ki, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir. Mütəxəssis bildirir ki, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır. Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur.(Xəzər TV)
Kaynak: milli.az