İsmayıllıda alban tayfalarına aid ibadətgah qalıqları və məişətə dair materiallar aşkarlandı FOTO
Digərləri 28 Haz 2025 16:40:00 63 0
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda qədim alban tayfalarının izləri sənədləşdirilir. Tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın rəhbərliyi ilə həyata keçirilən antropoloji ekspedisiya qədim alban tayfalarının tarixi-mədəni izlərinin araşdırılması baxımından mühüm nəticələr verib.
Bu haberi de oku: Cümşüd tanınmış şirkətin əməkdaşı imiş FOTO
İnstitutdan Son.az-a verilən məlumata görə, tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının etnik, dini və mədəni mirasına dair yeni məlumatlar əldə olunub, bu sahədə elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən faktlar qeydə alınıb.
Ekspedisiya çərçivəsində rayonun Qalağah, Vəng, Hapıt, Gənzə, Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Hacıhətəmli və Basqal kimi kəndlərində aparılan tədqiqatlar nəticəsində alban tayfalarına aid qəbiristanlıqlar, xaçdaşlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkar olunub.
"Tədqiqatlar göstərir ki, İsmayıllı ərazisi alban tayfalarının sıx məskunlaşdığı və uzunmüddətli mədəni iz qoyduğu bölgədir. Aşkar edilən mədəni irs nümunələri, yerli əhalinin şifahi ənənələrində qorunan inanc sistemləri, toponimlər və mərasim adətləri bu qənaəti təsdiqləyir. Xüsusilə Qalagah, Vəng, Qoşakənd, Gənzə kimi qədim kəndlərdə qeydə alınan alban xristian simvolları, pir yerləri və memarlıq qalıqları Qafqaz Albaniyasının dini və etnik irsinə dair yeni bilgilər təqdim edir.
Qalacıq və ətraf kəndlərdə müşahidə edilən hapıt qəbirləri və erkən dövr ibadətgahlarının izləri və toponimlər bölgədə unikal etnik-mədəni təbəqələşməni göstərir. Alınan nəticələrə əsasən, alban tayfalarının etnogenetik izləri bu gün də bölgənin dialekt, etnoqrafik ənənə və mifoloji yaddaşında yaşamaqdadır", - deyə məlumatda vurğulanıb.