Yekaterinburqda öldürülənlərin meyitləri bu tarixdə Azərbaycana yola salınacaq


Digərləri 28 Haz 2025 15:57:00 76 0

Yekaterinburqda öldürülənlərin meyitləri bu tarixdə Azərbaycana yola salınacaq

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq.

Bu haberi de oku: Şəhid anası vəfat etdi

Son.az report.az-a istinadən xəbər verir ki, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.


Habere ait fotoğraflar