Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır


Digərləri 28 Haz 2025 08:08:00 69 0

Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır

18 yaşlı qızlar 60 yaşlı kişilərlə evlənib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Statsitika Komitəsinin məlumatına görə, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub. Sosiaoloqlar bildirirlər ki, son zamanlarda xanımların özlərindən yaşca çox böyük olan bəylərlə münasibət qurmaq istəyi artır.

Sosiloq Üzeyir Şəfiyev deyir ki, qızları buna vadar edən bir çox hallarda psixoloji problemlər olur. Ailəsində hər hansı çətinlik yaşayan xanım hesab edir ki, özündən çox böyük biri ilə evlənsə, xoşbəxt olacaq.

Sosioloqlar bildirirlər ki, hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur.