Erkən hamiləliyin fəsadı...


Digərləri 22 Haz 2025 12:59:00 81 0

Erkən hamiləliyin fəsadı...

Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var.

Son.az xəbər verir ki, bu barədə Həkim Pərvanə Mustafayeva Hit.az-a açıqlamasında 15-17 yaşlı qızın doğuş yolları hələ tam inkişaf etmiş olmur və ana üçün doğuşun travmatik keçə biləcəyini deyib.

Onun sözlərinə görə, bununla da ölüm ehtimalı artmış hesab olunur:  "Erkən hamiləlikdə dünyaya gələn uşaqların qüsurlu və şikəst doğulma ehtimalını da yüksəkdir. Vaxtından tez edilmiş doğuşlar da dünyaya gələn körpənin qüsurlu və şikəst doğulmasının bir nömrəli səbəbidir. Bu səbəbdən də erkən nikahın qarşısı alınmalıdır".