Belin ağrıyır? Alimlər deyir ki, gəzən adamlar...
Digərləri 22 Haz 2025 19:16:00 66 0
Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar.
Bu haberi de oku: BakıQuba yolunda ağır qəza Ölənlər var
Son.az xəbər verir ki, bu barədə "Nnaked-science.ru" məlumat yayıb.
Məlum olub ki, 1,5 saat gəzmək lumbaqonun inkişaf riskini - həkimlər bu vəziyyəti belə adlandırırlar - 23 faiz azaldır.
Gəzinti fiziki fəaliyyətin ən əlçatan formasıdır, lakin bunu bel ağrılarına qarşı profilaktik tədbir kimi tövsiyə edərkən mütəxəssislər hərəkətin tezliyi və müddəti üçün şərt qoymurlar. Norveç Elm və Texnologiya Universitetinin alimləri bu cür ağrılı spazmların qarşısını almaq üçün tədqiqat aparıblar.
Tədqiqata yaşı 20 və yuxarı olan (orta yaş 55,3 yaş) 11 194 nəfər daxil olub. Onlardan 6 564-ü (58,6%) qadın olub. Tədqiqatçılar 2017-2019-cu və 2021-2023-cü illərdə aparılmış araşdırmanın məlumatlarından istifadə ediblər.