Bu vitaminlər xərçəngə səbəb ola bilər
Digərləri 22 Haz 2025 18:43:00 88 0
Amerikalı həkimlər müəyyən vitaminlərin istifadəsi ilə ağciyər xərçəngi riskinin artması arasında əlaqə aşkar ediblər.
Bu haberi de oku: Çarəsizlik, özünə inamsızlıq... İnsanlar falçılara niyə üz tutur?
Son.az-ın məlumatına görə, Ohayo Dövlət Universitetinin dosenti Teodor Braski hesab edir ki, B6 və B12 vitaminləri ağciyər xərçənginə səbəb ola bilər.
Məlumdur ki, B vitaminləri artan yorğunluq, görmə pozğunluğu, depressiya və sinir sistemi pozğunluqlarına kömək edir. Ancaq araşdırmaçıların qeyd etdiyi kimi, onlar xərçəngə səbəb ola bilər.
Alimlər bu qənaətə necə gəliblər? Teodor Braskinin sözlərinə görə, alimlər 77 min insanın məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, ağciyər xərçənginə tutulma riski B12 istehlakına görə 30 faiz, B6 istehlakına görə isə 4 mikro faiz artıb.
"Bu, B qrupunun vitaminlərini qəbul etməyən kişilərlə müqayisədə 98 faiz yüksəkdir", - alim tədqiqatın nəticələri barədə deyib.