Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı
Digərləri 23 Haz 2025 02:02:00 54 0
Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub.
Bu haberi de oku: Faciəvi şəkildə ölən məktəblinin
Son.az bu barədə "Nature Communications" (NatCom) jurnalında dərc olunan elmi araşdırmaya istinadən xəbər verir.
Araşdırma Koreya Bioloji Elmlər və Biotexnologiya İnstitutu ilə Çxonnam Milli Universitetinin əməkdaşları tərəfindən həyata keçirilib. Onların müəyyən etdiyinə görə, CLCF1 (sitokin faktoru) adlı zülal əzələlər tərəfindən fiziki fəaliyyət zamanı ifraz olunur və əzələlərlə sümüklərin güclənməsində mühüm rol oynayır.
Alimlər bildiriblər ki, gənc iştirakçılarda cəmi bir məşqdən sonra bu zülalın səviyyəsi qanda nəzərəçarpacaq dərəcədə yüksəlir. Yaşlı insanlarda isə bu təsir yalnız 12 həftəlik müntəzəm məşqlərdən sonra müşahidə olunur.