İsrailin İrana hücumlarının əsas səbəbkarının ABŞ olduğu müəyyənləşdi Pezeşkian


Digərləri 22 Haz 2025 17:10:00 85 0

İsrailin İrana hücumlarının əsas səbəbkarının ABŞ olduğu müəyyənləşdi  Pezeşkian

ABŞ-nin ötən gecə İranın bəzi nüvə obyektlərinə hücumu İsrailin İrana hərbi hava hücumlarının səbəbkarının ABŞ olduğunu göstərdi.

Bu haberi de oku: Sabah 30 dərəcə isti olacaq

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, ilk başda ABŞ tərəfi İsrailin İrana hücumunda əlinin olduğunu gizlətməyə çalışsa da, lakin İran silahlı qüvvələrinin qətiyyətli cavabından sonra Birləşmiş Ştatlar özü məsələyə müdaxilə edib.

İran prezidenti Birləşmiş Ştatların İranın bəzi nüvə obyektlərinə hava hücumunu sərt şəkildə qınayıb.

"İran silahlı qüvvələrinin bu gün səhər İsrailə güclü hücumları əslində Amerikanın siyasətlərinə cavabdır. Çünki İsrail təklikdə İrana təcavüz etmək gücünə sahib deyil", - deyə o qeyd edib.

İran prezidenti deyib ki, İran vilayətlərində müxtəlif səviyyəli rəsmilər hazırkı böhranlı şəraitdə təşəbbüslə vilayət problemlərini aradan qaldırmağa və problemləri həll etməyə çalışmalıdır. Ölkə limanlarında məhsulların buraxılması prosesi sürətləndirilməli, Daxili İşlər Nazirliyi, İqtisadi İşlər və Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi prosesə dəqiq və davamlı nəzarət etməlidir.