Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz bir rekorda imza atıb


Digərləri 22 Haz 2025 16:00:00 72 0

Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz bir rekorda imza atıb

Alimlərin cəsarətli təcrübəsi bir çox insanın fizikanın qanunlarının pozulduğuna inanmasına səbəb olub. Bu təcrübə zamanı qeydə alınan istilik Günəşin temperaturunu dəfələrlə üstələyib. 

Son.az xəbər verir ki, nəlumatı "IFLScience" yayıb.

Nəşr xatırladır ki, 2012-ci ildə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) Böyük Adron Kollayderində (BAK) həyata keçirdiyi təcrübə zamanı 5 trilyon dərəcədən çox temperatur qeydə alınıb. Bu göstərici Günəşin təqribən 15 milyon dərəcə olan daxili temperaturunu 300 000 dəfə üstələyir. Alimlər bildiriblər ki, bu istilik səviyyəsi Böyük Partlayışdan bir neçə mikrosonra kainatda mövcud olmuş şərtlərə bənzəyir.

Məlumata görə, bu yüksək temperatura BAK-da ALICE (Large Ion Collider Experiment) təcrübəsi zamanı nail olunub. BAK - İsveçrənin altından keçən 27 kilometrlik dairəvi tunel sistemidir. Bu sistemdə hissəciklər son dərəcə güclü, dərin soyuqla işləyən superkeçirici elektromaqnitlər vasitəsilə işıq sürətinə yaxın sürətlərə çatdırılır. Sözügedən təcrübədə bir-biri ilə toqquşan qurğuşun ionlarından istifadə olunub.

"Böyük Adron Kollayderi - uzunluğu 25 kilometrdən çox olan halqa şəklində bir tuneldir. Hissəciklər burada saniyədə 11 000 dəfədən çox dövrə vurur və işıq sürətinin 99,9999991 faizinə çatırlar. Onlar toqquşduqda isə olduqca yüksək enerji əmələ gəlir", deyə ALICE əməkdaşlığının mətbuat katibinin müavini Kay Şveda bildirib.