Təbriz ətrafında üç məkan vuruldu
Digərləri 22 Haz 2025 16:05:00 76 0
Bu gün səhər saatlarında İsrailin hərbi hava hücumları nəticəsində İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinin ətrafında üç məkan vurulub.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Məcid Fərşi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hücumlar nəticəsində Təbrizdə bir neçə partlayış səsləri eşidilib.
Fərşi bildirib ki, vilayətin xilasedici qüvvələri tam şəkildə hazır vəziyyətdədir və bölgələrdə xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.